“Android Erası” müsabiqəsində növbəti tura haqq qazanan namizədlər bəlli oldu…
“Hackathon Azerbaijan” lahiyəsi çərçivəsində keçirilən “Android erası” müsabiqəsinə qeydiyyat artıq başa çatıb. Qeydiyyata düşmüş iştirakçılar arasında seçim etmək və müsabiqənin açılış tədbirini planlaşdırmaq məqsədi ilə lahiyənin növbəti iclası 18 Dekabr baş tutmuşdur. Beləliklə toplantıda bu müsabiqənin ikinci turuna haqq qazanan namizədlərin adları da bəlli oldu. Uzun müzakirələrdən sonra, müraciət etmiş 98 nəfərdən 75 -i mütəxəssislərindən ibarət münsiflər heyəti tərəfindən səs birliyi ilə iştirak haqqı qazandı. Qeyd etmək lazımdır ki, iştirakçılar müxtəlif yaşda və statusda android həvəskarlarından ibarətdir. Bunların arasında Azərbaycanın aparıcı şirkətlərinin (“Sinan”,”İdrak”,”Risk”, “Azercell”, “Azerfon” və s) nümayəndələri, öndə gələn universitetlərin tələbələri, dövlət orqanları işçiləri (Rabitə və informasiya texnologiyaları nazirliyi) də var.