“Hackathon Azərbaycan Android Erası”nın qalibləri elan olunacaq

Written by androidage on . Posted in Xəbərlər

Azərbaycanda İnformasiya Texnologiyaları sahəsinin ən önəmli layihələrindən biri olan “Hackathon Azərbaycan Android Erası” yarışması artıq yekunlaşıb.

Bu münasibətlə – 19 Fevral 2012-ci il tarixində saat 10:00-da Qafqaz Universitetində “Hackathon Azərbaycan Android Erası” yarışması qaliblərinin elan olunması ilə bağlı tədbir keçiriləcək.

Tədbirdə yarışma müddətində hazırlanmış lahiyələr haqqında danışılacaq, onlar haqda məlumat veriləcək və qaliblər elan olunacaq.

Hackathon – hacker neologiyasıdır – proqrammistlərin birləşərək müxtəlif problemləri həll etdikləri, lahiyələr hazırladıqları və yarışdıqları tədbirlər silsiləsidir. Hackathon-un əsas mahiyyəti keçirildiyi müddət ərzində müxtəlif proqramların və alətlərin yaradılması, bununla da proqrammist və hackerlərin öz aralarında rəqabət şəraitində biliklərini yoxlamaq və yeni biliklər qazanmaqdır.

“Hackathon Azərbaycan” sözügedən hadisəni ölkəmizdə təşkil edən bir lahiyədir. Baku Google Technology User Group tərəfindən yaradılan bu lahiyənin əsas məqsədi yerli proqrammistlərin və texnologiya həvəskarlarının öz biliklərini yoxlama, bir-biriləri ilə yarışma, yeni və praktiki biliklər əldə etməsini təmin etməkdir.

Qeyd edək ki “Android erası” müsabiqəsi Huawei və Unibankın sponsorluğu ilə təşkil olunur.