Hackathon Azerbaijan-ın növbəti iclası baş tutdu…
“Hackathon Azerbaijan” lahiyəsi çərçivəsində keçirilən “Android erası” müsabiqəsinin növbəti iclası baş tutdu. 4 Yanvar 2012 ci il tarixində keçirilən bu iclasda təşkilat komitəsi tərəfindən lahiyənin gələcək tədris planı qərarlaşdırıldı. Bu plana əsasən artıq 8 yanvar 2012-ci il tarixindən etibarən ”Android Akademiyası”nda müsabiqənin ikinci turuna haqq qazanan iştirakçılara təlimlər keçirələcək. Dərslərin hər bazar günü 2-4 saatdan ibarət olması nəzərdə tutulub.
Məlumat üçün bildiririk ki, müsabiqəyə 5 dekabr 2011 ci ildə start verilib. Daha sonra müraciət etmiş 98 nəfərdən 75-i mütəxəssislərindən ibarət münsiflər heyəti tərəfindən səs birliyi ilə seçilərək ikinci tura haqq qazanıb. Bu iştirakçılara keçirələcək təlimlərin 5 fevral 2012-ci il tarixinə qədər davam etməsi gözlənilir.
Təlimlərdən sonra isə proqramçıların yazdıqları layihələr qəbul ediləcək və təşkilatçı komanda tərəfindən ən yaxşıları seçiləcək. Nəticə olaraq “Android erası” layihəsi çərçivəsində ən yaxşı proqram yazan 3 iştirakçı qalib elan olunacaq və dəyərli hədiyyələr qazanacaq. Qeyd edək ki “Android erası” müsabiqəsi Huawei və Unibankın sponsorluğu ilə təşkil olunur.