“Android Erası” müsabiqəsində növbəti tura haqq qazanan namizədlər bəlli oldu…

Written by androidage on . Posted in Xəbərlər

“Hackathon Azerbaijan” lahiyəsi çərçivəsində keçirilən “Android erası” müsabiqəsinə qeydiyyat artıq başa çatıb. Qeydiyyata düşmüş iştirakçılar arasında seçim etmək və müsabiqənin açılış tədbirini planlaşdırmaq məqsədi ilə lahiyənin növbəti iclası 18 Dekabr baş tutmuşdur. Beləliklə toplantıda bu müsabiqənin ikinci turuna haqq qazanan namizədlərin adları da bəlli oldu. Uzun müzakirələrdən sonra, müraciət etmiş 98 nəfərdən 75 -i mütəxəssislərindən ibarət münsiflər heyəti tərəfindən səs birliyi ilə iştirak haqqı qazandı. Qeyd etmək lazımdır ki, iştirakçılar müxtəlif yaşda və statusda android həvəskarlarından ibarətdir. Bunların arasında Azərbaycanın aparıcı şirkətlərinin (“Sinan”,”İdrak”,”Risk”, “Azercell”, “Azerfon” və s) nümayəndələri, öndə gələn universitetlərin tələbələri, dövlət orqanları işçiləri (Rabitə və informasiya texnologiyaları nazirliyi) də var.

Bundan əlavə iclasda “Android erası” müsabiqəsi ilə tanışlıq məqsədi ilə keçiriləcək ilk görüşdə müzakirə olunub. 25 dekabr 2011 ci ildə “Qafqaz Universitetində” baş tutması planlaşdırılan tədbirdə bir çox maraqlı çıxışlar -Tural Bədirxanlının(“Google şirkətinin proqrammisti”) nitqi, Hüseyn Quliyevin(Optimax Software şirkətinin rəhbəri) “Müasir proqramlaşdırma texnologiyaları”mövzusunda çıxışı, Kamran Səmədli(Baku GTUG təşkilatçısı və Hackathon Azərbaycan lahiyə rəhbəri) və Ramin Orucovun(Baku GTUG və Hackathon Azərbaycan təşkilatçılarından) “Hackathon Azerbaijan”-”Android erası” barəsində tanıtımları gözlənilir.

“Android erası” müsabiqəsi “Hackathon Azerbaijan” lahiyasi çərçivəsində keçirilir və məqsədi keçirildiyi müddət ərzində müxtəlif proqramların və alətlərin yaradılması, bununla da proqrammist və hackerlərin öz aralarında rəqabət şəraitində biliklərini yoxlamaq və yeni biliklər qazanmaqdır.Lahiyənin davamında iştirakçılar üçün xüsusi treninqlərin təşkili də nəzərdə tutulub.