Android Erası Final – Press reliz + Şəkillər + Təqdimat

Written by androidage on . Posted in Xəbərlər

Azərbaycanda İnformasiya Texnologiyaları sahəsinin ən önəmli layihələrindən biri olan “Hackathon Azərbaycan Android Erası” yarışması artıq yekunlaşıb. Bu münasibətlə – 19 Fevral 2012-ci il tarixində Qafqaz Universitetində “Hackathon Azərbaycan Android Erası” yarışması qaliblərinin elan olunması ilə bağlı tədbir keçirildi.
Tədbirdə yarışma müddətində hazırlanmış lahiyələr haqqında ətraflı məlumat verildi. Beləliklə məlum oldu ki, layihə ərzində ümumən 98 ərizə verilib, bunlardan 13 iştirakçı proqram hazırlayıb və nəticədə 3 iştirakçı qalib seçilib. Qalib layihələr Səttar Hümmətli – “cAndroid” (III yer), Toğrul Cəfərli – “Bilgili” ( II yer), Nicat Əsədov – “Alifba” (I yer) elan olundu.

“Hackathon Azərbaycan Android Erası”nın qalibləri elan olunacaq

Written by androidage on . Posted in Xəbərlər

Azərbaycanda İnformasiya Texnologiyaları sahəsinin ən önəmli layihələrindən biri olan “Hackathon Azərbaycan Android Erası” yarışması artıq yekunlaşıb.

Bu münasibətlə – 19 Fevral 2012-ci il tarixində saat 10:00-da Qafqaz Universitetində “Hackathon Azərbaycan Android Erası” yarışması qaliblərinin elan olunması ilə bağlı tədbir keçiriləcək.

Tədbirdə yarışma müddətində hazırlanmış lahiyələr haqqında danışılacaq, onlar haqda məlumat veriləcək və qaliblər elan olunacaq.

Hackathon – hacker neologiyasıdır – proqrammistlərin birləşərək müxtəlif problemləri həll etdikləri, lahiyələr hazırladıqları və yarışdıqları tədbirlər silsiləsidir. Hackathon-un əsas mahiyyəti keçirildiyi müddət ərzində müxtəlif proqramların və alətlərin yaradılması, bununla da proqrammist və hackerlərin öz aralarında rəqabət şəraitində biliklərini yoxlamaq və yeni biliklər qazanmaqdır.

“Hackathon Azərbaycan” sözügedən hadisəni ölkəmizdə təşkil edən bir lahiyədir. Baku Google Technology User Group tərəfindən yaradılan bu lahiyənin əsas məqsədi yerli proqrammistlərin və texnologiya həvəskarlarının öz biliklərini yoxlama, bir-biriləri ilə yarışma, yeni və praktiki biliklər əldə etməsini təmin etməkdir.

Qeyd edək ki “Android erası” müsabiqəsi Huawei və Unibankın sponsorluğu ilə təşkil olunur.

Android Akademiyası, ilk təlim

Written by androidage on . Posted in Xəbərlər

Təlim proqramı:
- Android SDK, Eclipse, ADT ilə tanışlıq
- Android proqramlaşdırmaya giriş
- “Salam Dünya” – İlk proqram
- Repository
- Androiddə proqramlaşdırma imkanları və əsas API-lar

Hackathon Azerbaijan-ın növbəti iclası baş tutdu…

Written by androidage on . Posted in Xəbərlər

“Hackathon Azerbaijan” lahiyəsi çərçivəsində keçirilən “Android erası” müsabiqəsinin növbəti iclası baş tutdu. 4 Yanvar 2012 ci il tarixində keçirilən bu iclasda təşkilat komitəsi tərəfindən lahiyənin gələcək tədris planı qərarlaşdırıldı. Bu plana əsasən artıq 8 yanvar 2012-ci il tarixindən etibarən ”Android Akademiyası”nda müsabiqənin ikinci turuna haqq qazanan iştirakçılara təlimlər keçirələcək. Dərslərin hər bazar günü 2-4 saatdan ibarət olması nəzərdə tutulub.
Məlumat üçün bildiririk ki, müsabiqəyə 5 dekabr 2011 ci ildə start verilib. Daha sonra müraciət etmiş 98 nəfərdən 75-i mütəxəssislərindən ibarət münsiflər heyəti tərəfindən səs birliyi ilə seçilərək ikinci tura haqq qazanıb. Bu iştirakçılara keçirələcək təlimlərin 5 fevral 2012-ci il tarixinə qədər davam etməsi gözlənilir.
Təlimlərdən sonra isə proqramçıların yazdıqları layihələr qəbul ediləcək və təşkilatçı komanda tərəfindən ən yaxşıları seçiləcək. Nəticə olaraq “Android erası” layihəsi çərçivəsində ən yaxşı proqram yazan 3 iştirakçı qalib elan olunacaq və dəyərli hədiyyələr qazanacaq. Qeyd edək ki “Android erası” müsabiqəsi HuaweiUnibankın sponsorluğu ilə təşkil olunur.

“Android Erası” müsabiqəsinin açılış tədbiri baş tutdu

Written by androidage on . Posted in Xəbərlər

“Android erası” müsabiqəsinin 25 dekabr 2011-ci il nəzərdə tutulmuş açılış tədbiri Qafqaz Universitetində baş tutdu. “Hackathon Azerbaijan” lahiyəsinin təşkilatçılığı ilə keçirilən və ”Ready, Steady, Code!” adlanan təqdimat mərasimində təcrübəli ekspertlər və müsabiqədə iştirak haqqı qazanan nominantlar iştirak etdi.

Tədbiri giriş sözü ilə açan təşkilatçı Rəşhad Əliyev müsabiqənin faəliyyət istiqamətindən danışıb, məqsədi, mərhələləri və nəzərdə tutulan hədiyyələr haqqında ətraflı məlumat verdi.

Təcrübəli ekspertlərdən olan Hüseyn Quliyev(UI Architect @ BNP Paribas; CEO @ Optimax Software; PhD, Cardiff University) isə “Proqramlaşdırma-son trendlər” adlı təqdimatını nümayiş etdirdi. Daha sonra sullara cavab verən Hüseyn Quliyev müasir dövrdə kəşf edilən İKT məhsulları ilə dünya bazarına çıxmağın daha asan olduğunu, sadəcə işləyib ortaya nəticə qoymaq gərəkdiyini vurğuladı.

Tədbirdə həmçinin Tural Bədirxanlı (Software Engineer @ Google; Computer Science, MIT) ekspert qismində çıxış etdi. Onun ”Hackathon” prosesi haqqında verdiyi maraqlı məlumatlar və mövzu haqqında nümayiş etdirdiyi video çarxlar tədbirə xüsusi rəng qatdı.

25 Dekabr keçiriləcək tədbirin planı

Written by androidage on . Posted in Xəbərlər

25 Dekabr 2011, saat 11:00-da Qafqaz Universitetində keçiriləcək “Android erası” müsabiqəsi , “Ready, Steady, Code” tədbirinin planını sizlərə tədrim edirik.

11:00-11:30 Açılış nitqi

11:30-12:10 Hüseyn Quliyev – “Proqramlaşdırma-son trendlər. Dünya istiqamətləri.”

12:10-13:10 Tural Bədirxanlı – “Hackathon:Silikon vadisi nəzərində”

13:10-13:30 Fasilə

13:30-14:00 “Hackathon Azerbaijan” və “Android erası” haqqında

14:00-15:00 Dünya təcrübələri, mövzu seçimi

Hackathon Azerbaijan – Ready, Steady, Code!

Written by androidage on . Posted in Xəbərlər

25 Dekabr tarixində saat 11:00-da Qafqaz Universitetində “Hackathon Azerbaijan” lahiyəsi çərçivəsində keçirilən “Andorid erası” müsabiqəsinin açılış tədbirinin baş tutması gözlənilir. ”Ready, Steady, Code!” adlanan tədbir müsabiqə iştirakçılarının “Hackathon Azərbaycan” haqda ətraflı məlumat alması və təcrübəli ekspertlərlə fikir mübadiləsi etməsi üçün nəzərdə tutulub. Əsas məqsəd iştirakçılara gələcək fəaliyyətlərində və yarışmada seçiləcək mövzuların seçimində köməklik göstərməkdir.

Tədbirdə tanınmış spikerlərin maraqlı çıxışları gözlənilir:

“Proqramlaşdırma – son trendlər. Dünya istiqamətləri” – Hüseyn Quliyev(UI Architect @ BNP Paribas;CEO @ Optimax Software;PhD, Cardiff University)

“Hackathon: Silikon Vadisi nəzərində” – Tural Bədirxanlı(Software Engineer @ Google; Software Engineer @ AdMob;Computer Science and Engineering @ MIT)

Məlumat üçün bildiririk ki, layihə 12 Fevral 2012-ci ilə qədər davam edəcək, nəticə olaraq “Android erası” layihəsi çərçivəsində ən yaxşı proqram yazan 3 iştirakçı qalib elan olunacaq və dəyərli hədiyyələr qazanacaq. Qeyd edək ki “Android erası” müsabiqəsi HuaweiUnibankın sponsorluğu ilə təşkil olunur.

div>